Şəhid anasından Ramil Usubova müraciət - “Ədalətsizlik edilib”

2002-ci ilin dekabr ayında şəhid olan Hacıqabul rayon sakini Mahmudov Müslüm Dilbazi oğlunun anası İntizar Mahmudova daxili işlər naziri Ramil Usubova müraciət edib.
 
Bu barədə BakuPost.az-a şəhid anası özü məlumat verib. O, polis əməkdaşı olan yaxınlarından birinin haqsızlıqla üzləşdiyini, bu səbəbdən işdən xaric olunduğunu bildirib və R. Usubovun onu qəbul etməsini xahiş edib: "Bir yaxın adamımın üzləşdiyi haqsızlıq onun polis orqanlarından xaric olunması ilə nəticələnib.
Ancaq bunu mətbuatda ətraflı açıqlamaq istəmirəm. İnanıram ki, cənab nazir məni qəbul etsə, özü bu işlə tanış olsa, həqiqətləri biləcək.
Mən Ramil Usubova şəhid ailələrinə hörmətlə yanaşan və haqq ədalət tərəfdarı olduğu üçün müraciət edib görüş istəyirəm. Yəqin ki, müraciətimə müsbət cavab gələcək”.