Axtarış

The search found 105712 results in 0.014 seconds.

Search results

  1. NATO-dan Rusiyanı QƏZƏBLƏNDİRƏN BƏYANAT

    Şimali Atlantika İttifaqı (NATO) Makedoniyanın hərbi alyansa mümkün girişini dəstəkləyir.
     
     “Röyters” agentliyi xəbər verir ki, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq Makedoniyanın baş naziri Zoran Zayevlə görüşdən sonra bildirib.
    “NATO-nun qapıları açıqdır. Biz gələcəkdə NATO-ya mümkün üzvlüyə gedən yolda Makedoniyanı dəstəkləməyə davam edəcəyik”, - NATO-nun rəhbəri deyib.

    Muxalifet - 13-06-2017

  2. ABŞ: Şimali Koreya ən böyük təhlükədir

    Bunu Pentaqon rəhbəri Konqresdə çıxışı zamanı deyib
     
    Pentaqon hesab edir ki, Koreya Xalq Demokratik Respublikası dünyada təhlükəsizlik üçün ən böyük təhlükədir.
    TASS xəbər verir ki, bunu Pentaqon rəhbəri Cim Mettis ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələrlə iş üzrə Komitəsinin dinləmələrində çıxışı zamanı deyib.
    Mettisin sözlərinə görə, Şimali Koreyanın nüvə və raket proqramları beynəlxalq ictimaiyyət üçün təhlükə kəsb edir.

    Muxalifet - 13-06-2017

  3. Pentaqon: "Rusiya, ABŞ və Çin arasında hərbi qarşıdurma başlaya bilər"

    Bunu Pentaqon rəhbəri Cim Mettis deyib
     
    Pentaqon rəhbəri Cim Mettis Amerika qanunvericilərinə tezliklə böyük dövlətlər arasında hərbi rəqabətin bərpa oluna biləcəyi barədə xəbərdarlıq edib. Bura Rusiya, ABŞ və Çin aiddir.
    Onun sözlərinə görə, dünyada bu ölkələr arasında hərbi qarşıdurma başlaya bilər.
    O, faktiki olaraq II Soyuq müharibənin başlana biləcəyini bildirib.
    "Həm Rusiya, həm də Çin II Dünya müharibəsindən sonra çətinliklə qurulmuş beynəlxalq qaydaların əsas müddəalarına doğru yönəlib", - deyə Mettis əlavə edib.

    Muxalifet - 13-06-2017

  4. Putin: "ABŞ bu gün tələyə düşüb"

    Bu vəziyyətdə həm insan, həm də dövlət səhvlər etməyə başlayır
     
    ABŞ-ın şəxsi müstəsnalığı və özünə hər şeyi rəva görməyə olan inamı, onun səhvlər tələsinə düşməsinə gətirib çıxardı.
    RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

    Muxalifet - 13-06-2017

  5. "Medvedev prezident kimi müstəqil idi" - PUTİN

    "Ölkədə prezident yalnız bir adam ola bilər"
     
    Hazırkı baş nazir Dmitri Medvedev prezidentliyi dövründə öz vəzifə öhdəliklərini tam və müstəqil şəkildə icra edib.
    RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.
    Medvedev 2008-2012-ci illərdə Rusiya prezidenti olub, bu dövrdə baş nazir vəzifəsini Vladimir Putin icra edib.

    Muxalifet - 13-06-2017

  6. Rusiya prezidenti: "Əl-Qaidə" və Bin Ladeni ABŞ özü yetişdirib"

    Bu, həm də Əfqanıstanda Sovet müharibəsi dövründən başlayıb
     
    "Necə ki, Üsamə bin Laden, eləcə də "Əl-Qaidə" Amerikanın xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir".
    Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

    Muxalifet - 13-06-2017

  7. Rusiya səfirinin qətlinin sifarişçiləri müəyyən edilib

    Onların hamısı qətlin törədildiyi oteldə qalıblar
     
    Türkiyə Prokurorluğu Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinin beş mümkün sifarişçisinin şəxsiyyətini müəyyənləşdirib.
    Bu barədə yerli KİV-ə istinadən "Hurriyet Daily News" qəzeti yazıb.
    Prokurorluq hesab edir ki, beş şübhəlidən biri rusiyalı diplomatın qətlinin sifarişçisi ola bilər. Onların hamısı faciənin baş verdiyi oteldə qalıblar və qatil Mövlud Altıntaş ilə əlaqə saxlamış ola bilərlər.

    Muxalifet - 13-06-2017

  8. “ABŞ Rusiya iqtisadiyyatını məhv etmək istəyir” – Rusiya prezidenti

     “Ola bilsin ki, ABŞ Rusiya iqtisadiyyatını məhv etmək, ölkə rəhbərliyini dəyişdirmək və nəticədə ölkənin nüvə arsenalını ələ keçirmək istəyir”.
     
    RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

    Muxalifet - 13-06-2017

  9. ABŞ İraqla Əfqanıstanın simvollarını səhv salıb - TƏFƏRRÜAT

    İraq ordusuna təslim etmək üçün may ayında 94 zirehli avtomobil alan Pentaqon yanlışlığa yol verib.
     
    Pentaqon səhvən Əfqanıstan ordusuna məxsus rənglərdən istifadə edərək 94 avtomobili rəngləyib. Belə ki, ABŞ Müdafiə Nazirliyinin sifarişində İraq qeyd edilməkdənsə, Əfqanıstanın adı olub.

    Muxalifet - 13-06-2017

  10. Bakı ərəb ölkələrinə qapılarını niyə açıb? – KİV

    Qafqaz artıq çoxdan Rusiya və Qərbin rəqabət zonasında yerləşir. Fars körfəzi ölkələri də son illər aktiv şəkildə Qafqaz dövlətlərinə maraq göstərməyə başlayıblar. İndi Qətər və qonşuları arasında diplomatik böhranın yaşandığı bir zamanda ortaya çıxan əsas sual odur ki, bu situasiya Qafqazda böyük oyun kimi böyüyəcəkmi?
     
    Bu təhlil “EurasiaNet.org” saytında əksini tapıb. Saytın Fars körfəzi və Qafqaz ölkələrinin getdikcə siyasi və iqtisadi baxımdan daha sıx əlaqələrə sahib olduğunu bildirən təhlilində qeyd edilir:

    Muxalifet - 13-06-2017

  11. Cəbhə Azərbaycana yaxınlaşır - Kuzentsov

    İrandakı teraktlar, Qətər ətrafındakı diplomatik böhran, bu ölkə şeyxinin bütün ərəb və sünni ölkələrinin şiə İranı ilə münasibətləri normallaşdırmaq çağırışı ilə bağlıdır. Bu, Rusiyanın Yaxın Şərqdə terrorla mübarizədəki ən yaxın tərəfdaşı olan rəsmi Tehrana təzyiq göstərmək zəncirinin halqasıdır.
     

    Muxalifet - 13-06-2017

  12. “Dünya həm siyasi, həm iqtisadi cəhətdən çox narahat günlərini yaşayacaq” - Politoloq

    Tanınmış politoloq deyir ki, “Trampa ”dərin dövlət"in təsiri getdikcə daha da güclənəcək...
     
    ABŞ-ın “dərin dövlət”inin Donald Trampın əli ilə dünyanı daha da qarışdırmaqda olduğu barədə ekspertlərin iddiaları artmaqdadır. Bu fikirdə olan siyasi təhlilçilərin fikrincə, yeni prezidentin siyasəti dərindən bilməyən şəxs olması Amerikadakı güclərin əlini-qolunu daha da açıb. Əgər prezident Hillari Klinton olsaydı, ona Trampa edilən təsir qədər təsir göstərmək mümkün olmazdı və sair.

    Muxalifet - 13-06-2017

  13. FED uçot dərəcəsinə yenidən baxacaq

    Bu gün ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə növbəti dəfə baxacaq.
     
    İyunun 13-14-də keçirəcək iclasda uçot dərəcəsini artırması ehtimalı yüksəkdir. Amma artıq bir neçə gündür dolların məzənnəsi əksər valyutalarla müqayisədə ucuzlaşması davam edir.
    Məlumata görə, dolların ucuzlaşmasına səbəb ABŞ Prezidenti Donald Trampın dolların ucuzlaşmasını dəstəkləməsidir.

    Muxalifet - 13-06-2017

  14. Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək

    Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.
     
    İclasın gündəliyinə bir sıra sənədlərin ratifikasiyası, Əmək, Vergi və Gömrük məcəllələrinə, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Əmək pensiyaları haqqında", "Valyuta tənzimi haqqında", "Bədən tərbiyəsi və idman haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla, 38 məsələ daxildir. (trend)

    Muxalifet - 13-06-2017

  15. GÜNEY AZƏRBAYCAN KARTI hələlik aktivləşdirilməyib... - Trofimçuk

    İran daxilində teraktlar ölkəni daxildən qeyri-stabilliyə sürükləməyə cəhdlə bağlı verilən aydın işarədir.
     
    Bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Politoloq qeyd edib ki, xarici təyziqlər Tehranın geosiyasi düşmənlərinə tez və ağrısız qələbə qazandırmır.
    O, həmçinin teraktların simvolik və müqəddəs yerdə törədilməsinə diqqət çəkib:

    Muxalifet - 13-06-2017

  16. "ABŞ-ın savaş bəyanatları yalandır" - XAMENEİ

    Yaxın Şərqdəki qeyri-stabilliyin müəllifi ABŞ-dır.
     
    Bunu yüksək vəzifəli İran məmurları ilə görüşü zamanı ölkənin Ali dini lideri Əli Xamenei söyləyib.
    “Vaşinqtonun İŞİD-lə savaş haqqında bütün bəyanatları yalandır. ABŞ və agentləri Yaxın Şərqdəki qeyri-stabilliyin mənbələridirlər. İŞİD-i kim yaradıb? Amerika. Amerikanın bütün savaş bəyanatları yalandır”, – deyə o bildirib.

    Muxalifet - 13-06-2017

  17. “ABŞ ordusunun aşağı döyüş hazırlığından şoka düşmüşəm” - NAZİR

    Mən Amerika ordusunun döyüş hazırlığının aşağı səviyyədə olmasından şoka düşmüşəm.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ Konqresində dinləmələr zamanı Müdafiə naziri Ceyms Mettis söyləyib. O, ABŞ ordusunun stabil maliyyələşməyə ehtiyacı olduğunu bildirib:
    “Heç bir düşmən bizim döyüş qabiliyyətimizə xərclərin ixtisarı qədər zərər vura bilməzdi. Mən Amerika ordusunun döyüş hazırlığının aşağı səviyyədə olmasından şoka düşmüşəm”.

    Muxalifet - 13-06-2017

  18. 78 yaşlı qadın qətlə yetirilib - FÜZULİDƏ

    Faktla bağlı araşdırmalar davam etdirilir
     
    Füzuli rayonunda 78 yaşlı qadın qətlə yetirilib.
    Yaqub Abbasov adlı şəxs rayon sakini 1939-cu il təvəllüdlü Babayeva Luba Fətəli qızını öldürüb.
    Y.Abbasov şübhəli şəxs qismində saxlanılıb.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Muxalifet - 13-06-2017

  19. 2 gənc qadını DÖYDÜ – BAKIDA – VİDEO

    Paytaxtda iki gənc oğlan qadını insanların gözü qarşısında döyüb.
     
    Bir neçə ağır zərbə alan qadın huşunu itirir.
    "Kanal24.az"ın əməkdaşının çəkdiyi kadrlardan da görünür ki, döyülərək yerə yıxılan qadına ərtafdakılar kömək etmək istəyir. Amma həmin vaxt qadını döyən gənclər gözə dəymir.

    Muxalifet - 13-06-2017

  20. Müəssisə və təşkilatlara xəbərdarlıq edildi

    Auditorlar Palatası müəssisə və təşkilatlara xəbərdarlıq edib.
     
    Palatanın müraciətində bildirilir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələbələrinə uyğun olaraq məcburi auditin subyekti olan hüquqi şəxslər hər il maliyyə hesabatlarının düzgünlüyünü müstəqil auditor rəyi ilə təsdiq etməlidirlər.

    Muxalifet - 13-06-2017

Pages