Axtarış

The search found 105712 results in 0.008 seconds.

Search results

  1. Rusiya tankları erməniləri necə tapdalayır...

    Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ağır texnikası poliqona torpaq sahələrindən keçərək gedir və bu zaman taxıl əkinlərini məhv edir.
     
    Ermənistanın Şirak vilayətinin Marmaşen kəndinin sakinləri onlara dəyən ziyana görə təzminat tələb edirlər. Ancaq kimə müraciət edəcəklərini bilmirlər.

    Muxalifet - 12-06-2017

  2. Polşa ABŞ prezidentindən nə istəyəcək...

    Biz ABŞ Prezidenti Donald Trampla Amerika hərbçilərinin sayının artırılmasını müzakirə edəcəyik.
     
    Bunu Polşa Prezidenti Andjet Duda yerli mətbuat orqanlarına açıqlamasında söyləyib.
    “Biz hər şeydən öncə iqtisadi və təhlükəsizlik məsələlərindən danışacağıq. Üstəlik, Polşadakı Amerika hərbçiləri də müzakirə olunacaq. Biz onların sayının artırılmasını istəyirik”, – deyə o bildirib.
    Qeyd edək ki, Tramp Polşaya iyulun 6-da gələcək.

    Muxalifet - 12-06-2017

  3. NATO: "Qarabağa görə narahatıq"

    NATO-ya üzv bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır.
     

    Muxalifet - 12-06-2017

  4. Pakistan lideri Qətərə görə Ər-Riyada gedir

    Pakistan Baş naziri Navaz Şərif Qətər böhranı ilə bağlı Səudiyyə Ərəbistanına səfərə gedir.
     
    Şərifin bir günlük səfəri çərçivəsində Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşü gözlənilir.

    Muxalifet - 12-06-2017

  5. Qətərə təzyiq azaldılmalıdır - Conson

    Fars körfəzi ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı Qətərə təzyiqi azaltmalıdır.
     
    Bu sözləri Böyük Britaniya Xarici İşlər naziri Boris Conson bildirib.
    Conson Londonun bir sıra ölkələrin Qətərə qarşı hərəkətindən narahat olduğunu qeyd edib.

    Muxalifet - 12-06-2017

  6. İcra başçısının qardaşı oğlu sakinlərin həyatını təhlükəyə atıb – “...HƏTTA İNSAN TƏLAFATI DA OLACAQ”

    Göyçay rayon sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Rayonun Potu kənd sakinləri Ələsgərov  Elnur Elman oğlu, Ağayev Elvin Əjdər oğlu, Feyzullayev Rahim Zülfü oğlu və Əliyev Arif Paşa oğlunun imzası ilə göndərilən məktubda Göyçay rayonunun sabiq icra başçısı Mübariz Ağayevin qardaşı oğlu Nicat Ağayevdən şikayət olunur:

    Muxalifet2 - 12-06-2017

  7. Ukraynada Georgi lentinə qadağa qoyuldu

    İyunun 12-də Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə Georgi lentlərinin qadağan olunmasını nəzərdə tutan qanunu imzalayıb.
     
    Dövlət başçısı özünün Facebook səhifəsində bu haqda belə yazıb: “Georgi lenti İkinci Dünya müharibəsinin simvolu yox, Rusiyanın Ukraynaya qarşı 2014-cü ildən başlayan təcavüzünün simvoludur. Məhz Rusiya öz siyasəti ilə bu lenti qanundankənar vəziyyətdə qoyub”.
    Prezidentin imzası ilə qüvvəyə minən qanun Georgi lentindən istifadə, onun daşınması və nümayişinə görə 100 dollaradək cərimə nəzərdə tutur.

    Muxalifet - 12-06-2017

  8. Əziz Orucovun ailəsi ilə telefonla danışmasına və görüşməsinə icazə verilmir

    Kürdəxanı İstintaq Təcridxanasında "Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun ailəsi ilə görüşünə və telefon danışıqlarına icazə verilmir.
     
     Bu barədə iyunun 12-də Orucova baş çəkən vəkil Cavad Cavadov bildirib.
    Müdafiəçisinin sözlərinə görə, iyunun 2-də istintaq təcridxanasına daxil olduğu gündən etibarən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun tələbləri pozulmaqla, Orucovun ailəsi ilə görüşünə və telefon danışıqlarına icazə verilmir.

    Muxalifet - 12-06-2017

  9. ​Məşhur azərbaycanlı general Suriya-İraq sərhədində - FOTO

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun tabeliyindəki əfqanlardan ibarət Fatimiyyun Korpusu Suriya-İraq sərhədindəki İŞİD-dən azad edilən bölgələrə yerləşdirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə İranın yarı rəsmi TASNİM agentliyi məlumat yayıb.
    Qüvvələrin Suriyada ABŞ-ın bombardman xəttindən keçərək İraq sərhədinə gəldiyi bildirilib.
    İranın məşhur azərbaycanlı generalı, Qüds Korpusunun komandanı Qasım Süleymaninin də döyüşçülərlə birlikdə olduğu və onlarla namaz qıldığı görüntülənib(axar.az).

    Muxalifet2 - 13-06-2017

  10. ​Kim Çen İndən Putinə dəstək

    Şimali Koreya lideri Kim Çen İn Rusiya xalqını və Prezident Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.
    Axar.az xəbər verir ki, diktator təbrik məktubunda Kreml rəhbərinə siyasi fəaliyyətində uğurlar arzulayıb.
    Bundan əlavə, Kim Çen İn Şimali Koreya ilə Rusiya xalqları arasında əlaqələrin uzaq keçmişə söykəndiyini və bu əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

    Muxalifet2 - 13-06-2017

  11. ​Afət Telmanqızına vəzifə verildi, ETİRAZLAR OLDU

    Space TV-nin xəbərlər departamentinə yeni baş redaktor təyin edilib.
    Ölkə.az-ın məlumatına görə, Vaqif Mustafayev bu posta keçmiş ANS-çi Afət Telmanqızını təyin edib. O, bu vəzifədə Azadə Balayevanı əvəzləyib. Balayeva isə V.Mustafayevin bu qərarını etirazla qarşılayıb və şirkətdən getmək barədə ərizə yazıb.
    Qeyd olunur ki, hazırda xəbərlər departamenti iki cəbhəyə ayrılıb. Hətta bir neçə gün öncə istefa vermiş baş redaktor Elman Gədiklinin geri dönməsini istəyənlərin də olduğu deyilir.

    Muxalifet2 - 13-06-2017

  12. ​Qurban Qurbanov milliyə gətirilir

    Qurban Qurbanov futbol üzrə milli komandaya baş məşqçi gətirilir.
    Muxalifet.az "Missiya.az"a istinadən xəbər verir ki, AFFA rəsmiləri Prosineçkiylə vidalaşaraq, baş məşqçi postuna “Qarabağ”ın təcrübəli çalışdırıcısını gətirir.
    Mənbənin dediyinə görə, Prosineçki artıq “Bursaspor”la razılaşıb və karyerasını Türkiyə klubunda davam etdirəcək. “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın yaxınlarda milliləşdirilməsi də Qurban Qurbanovun yığmaya hazırlanması yolunda addım olaraq göstərilir. “Qarabağ” yeni çalışdırıcısı isə komandanın lideri Rəşad Sadıqov olacaq.

    Muxalifet2 - 12-06-2017

  13. ​Prezidentin oğlu da "stress çarxı" aldı - VİDEO

    ABŞ Prezidenti Donald Trampın 11 yaşlı oğlu Barronun əlindəki əşya görənlərin marağına səbəb olub.
    Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüntülər Vaşinqton aeroportunda lentə alınıb.
    Təyyarədən enərkən Barronun əlində "stress çarxı" adını almış spinner olub.
    Barron atasının yanında gedərkən dayanmadan oyuncaqla stress atıb.
    Həmin görüntüləri təqdim edirik:
     

    Muxalifet2 - 13-06-2017

  14. ​Neft Fondunda yeni təyinat

    Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) yeni ştat açılıb.
    Fondun mətbuat xidmətindən verilən məlumata əsasə, Nərgiz Nəsrullayeva-Müdüroğlu Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

    Muxalifet2 - 13-06-2017

  15. Aleksey Navalnı barəsində HƏBS QƏRARI VERİLDİ

    Ona 30 sutka cəza verilib
     
    Moskvanın Simonovski məhkəməsi çərşənbə günü axşam yerli siyasətçi Aleksey Navalnını 30 sutka müddətinə həbs edib.
    RİA "Novosti"yə istinadən xəbər verir ki, o, Moskvanın mərkəzində icazəsiz aksiyada iştiraka çağırış, həmçinin hüquq-mühafizə orqanlarına itaətsizliyə görə saxlanılmışdı.
    "Aleksey Navalnı inzibati xəta törətməkdə təqsirli sayılır, məhkəmə ona 30 sutka həbs cəzası təyin edir", - deyə hakim qərarı açıqlayıb.
    Hakim həbs müddətini iyunun 12-dən hesablamaq qərarına gəlib.

    Muxalifet - 13-06-2017

  16. 4-cü mərtəbədən yıxılaraq ölüb – XIRDALANDA

    Hadisə qız evin pəncərəsini silən zaman baş verib
     
    Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
    Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silən zaman 4-cü mərtəbədən yerə yıxılıb.
    Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.
    Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı idi.

    Muxalifet - 13-06-2017

  17. FUTBOL: Prosineçki ilin sonuna qədər Millidə baş məşqçi olaraq qalacaq

    Prosineçki: “İş yerimi dəyişəcək bir səbəb görmürəm”
     
     “Azərbaycan millisi ilə davam edən müqaviləm var. Federasiyadakı insanlar işimdən razıdırlar”.
     Bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

    Muxalifet - 13-06-2017

  18. Qızıl mağazasını yarıb, 2 milyon apardılar

    Qarətçilər Parisdəki zinət mağazasından iki milyon avro dəyərində qiymətli daş aparıblar.
     
    "Franse Press" agentliyinin yaydığı məlumata görə, oğurluq şənbə və bazar ertəsi günləri arasında baş verib. Cinayətkarlar qonşuluqdakı şirkətin ofisinə girərək, iki binanın arasındakı divarı söküblər.
    Qarət olunmuş mağaza Parisin III dairəsində - Fransa paytaxtının tarixi mərkəzində yerləşir.

    Muxalifet - 13-06-2017

  19. İŞİD-in “PAYTAXTINDA” BİR TERRORÇU DİGƏRİNİ SIXIŞDIRIR – ABŞ-ın dəstəyilə

     YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəyi ilə Rakka şəhərinin “Köhnə şəhər” adlanan ərazisinin divarlarına kimi irəliləyiblər.
     
    Bu barədə “Röyter” məlumat yayıb.
    SDQ nümayəndəsi Əhməd Məhəmmədin sözlərinə görə, şəhərin Əl-Sanaa rayonunda döyüşlər hələ də davam edir.
    Qeyd edək ki, bundan öncə SDQ Rakkanın qərb hissəsində rayonlardan birini İŞİD-dən azad etmişdi.

    Muxalifet - 13-06-2017

  20. Ərdoğan: “Sənətçilərin məmur olması düzgün deyil”

    "İrfandan uzaq bir mədəniyyət, sənət və əxlaqdan kasad idmanla heç nəyə nail olmaq olmaz. Bunlar olmadan nəinki dünya çapında, hətta ölkə səviyyəsində nəyəsə nail olmaq mümkün deyil".
     
    Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün sənətçi və idmançılar üçün təşkil etdiyi iftar süfrəsində bildirib.
    Ərdoğan təəssüflə bildirib ki, Türkiyənin mövcud imkanları, gücü dünya mədəniyyət, idman, sənət aləmində tutduğu mövqe ilə üst-üstə düşmür:.

    Muxalifet - 13-06-2017

Pages