Həmsədrlər Dağlıq Qarabağa səfər ediblər

ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər ediblər. 
 
 “News.am” saytının verdiyi məlumata görə, həmsədrlər separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla görüşüblər.
 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki vəziyyət müzakirə edilib.