Qətər Rusiyanın yardımından imtina etdi

Qətərin hazırda Rusiya tərəfindən ediləcək yardıma ehtiyacı yoxdur.
 
Bunu jurnalistlərə açıqlamasında Qətər Xarici İşlər naziri Məhəmməd ben Abdel Rəhman əl-Sani söyləyib. O, Rusiyanın həmçinin Qətərə yardım təklif etdiyini bildirib:
“Bizə qarşı blokada ölkə əhalisinin vəziyyətini pisləşdirməyib. Hər kəs əvvəlki kimi yaşayır”.
Qeyd edək ki, qonşu ölkələrin diplomatik münasibətləri kəsməsi və sanksiyaları səbəbindən Qətər ərzaq təminatı üçün Türkiyə və İrana müraciət edib.