İtkin düşən 9 yaşlı oğlan tapılıb

Bakıda itkin düşən 9 yaşlı oğlan tapılıb.
 
Səbail rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində iyunun 9-da itkin düşən rayon sakini, 2008-ci il təvəllüdlü Arda Məmməd oğlu Qurbanlı tapılaraq ailəsinə təhvil verilib.