Çavuşoğlu Qətərdə Türkiyə hərbi bazasının yaradılması haqda DANIŞDI
10-06-2017 23:54

Türkiyə üçün Fars Körfəzi regionunda təhlükəsizlik və sabitlik onun öz sabitliyi və təhlükəsizliyinə bərabərdir.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreyndən olan həmkarı Xalid bin Əhməd Bin Al Xəlifə ilə birgə mətbuat konfransında deyib.
Türkiyə XİN rəhbəri deyib: "Türkiyə bu günə qədər bölgədə qardaşlıq münasibətlərinin bərqərar olunması üçün çox səylər göstərib. Qətərdə yaradılan Türkiyə hərbi bazası bütün regionun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Bu addım konkret hansısa ölkəyə qarşı yönəlməyib və əvvəllər Türkiyə və Qətər arasında olan sazişdən irəli gəlir".