Qətərdən ŞOK siyasi GEDİŞ

 Qətər İrana dəstək bəyanatından imtina edir
 
Qətər Əmirliyinin rəsmi xəbər agentliyi olan QNA-nın internet saytına və sosial media hesabına kiber hücum edilməsinə dair aparılan istintaqın ilkin nəticələri açıqlanıb.
Qətər Əmirliyinin Daxili İşlər Nazirliyi bəyan edib ki, QNA saytına kiber hücum zamanı yüksək texnologiya və innovativ üsullardan istifadə olunub.
Bununla belə, Daxili İşlər Nazirliyi istintaqın gedişi, kiber hücumun haradan edildiyinə dair əlavə məlumat verməyib. Qeyd olunub ki, istintaq aprel ayında sayta müdaxilə edildiyini müəyyən edib, bu zaman sayta əsassız informasiyalar yerləşdirilib.
Qeyd edək ki, mayın 23-də QNA-nın saytında Qətər Əmiri Şeyx Təmim ibn Hamad Al Sanidin adından Amerikaya qarşı və İranın dəstəklənməsinə hesablanan xəbərlər yerləşdirilib.
Bundan bir neçə saat sonra Qətər hökumətinin nümayəndəsi Şeyx bin Əhməd Al Sani bəyan edib ki, QNA agentliyinin saytına kiber hücum edilib.
Xatırladaq ki, dünən beynəlxalq mediada yayılan xəbərlərin birində ABŞ-ın kiber hücumla bağlı Dohaya xüsusi qrup göndərdiyi, bu qrupun ciddi araşdırma aparacağı bildirilib.