AXCP fəalı saxlanılıb - HARA APARILDIĞI BƏLLİ DEYİL
19-10-2017 18:33

"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) gənc fəal Rəcəb Hüseynovun saxlandığını bildirib. Ancaq onun saxlandığı yer məlum deyil".
Bu haqda partiyanın mətbuat xidməti bildirib.
R.Hüseynov AXCP Saatlı rayon şöbəsinin Gənclər Komitəsinin üzvüdür. Oktyabrın 18-də Biləsuvar rayonunda saxlanılıb. Oradan Bakıya gətirilib.
AXCP hesab edir ki, fəal oktyabrın 7-də Bakıda Milli Qüvvələrin Demokratik Şurasının keçirdiyi mitinqdə iştiraka görə saxlanılıb.
Biləsuvar polisində gəncin saxlanması ilə bağlı şərh verməkdən imtina ediblər.