Barselonada etirazlar başladı: İspaniyaya mesaj - Foto

Kataloniyalılar İspaniya polisinin keçirdiyi axtarış və həbs əməliyyatlarına qarşı Barselonada etiraz aksiyalarına başlayıb.
Axar.az xəbər verir ki, etirazçılar Kataloniya hökumətinə məxsus Maliyyə Nazirliyinin binasının önündə toplaşaraq müstəqillik şüarları səsləndiriblər.
Aksiyaçıların üzərinə “İspaniya, problemin budurmu?” yazılmış seçki qutusunu daşıması diqqət çəkib.
Qeyd edək ki, Kataloniya 1 oktyabrda müstəqillik referendumu keçirməyi planlaşdırır. İspaniya bu səbəbdən ötən gün muxtariyyətin bütün maliyyə qaynaqlarına həbs qoyub.