Axtarış

The search found 105783 results in 0.017 seconds.

Search results

  1. Bakıda azyaşlı 2 metr dərinliyində çalaya düşdü

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda tikinti aparılan ərazidə azyaşlının bünövrə çalasına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Müxalifət.az -ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunublar. Uşaq dərinliyi təqribən 2 metr olan çaladan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet2 - 18-09-2017

  2. ABŞ-da növbəti təhlükə: 225 kilometr sürətlə gəlir

    ABŞ-da yeni qasırğa təhlükəsi ilə əlaqədar əvvəlcədən insanlara xəbərdarlıq edilib.

    Muxalifet2 - 18-09-2017

  3. Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

    Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.

    Muxalifet2 - 18-09-2017

  4. ​“Mən hələ qərar verməmişəm” – MEHMAN ƏLİYEV

    Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb. Bu isə o deməkdir ki, agentliyin işini bərpa etməsi üçün maneə qalmayıb.
    Ancaq “Turan” İA-nın direktoru Mehman Əliyev virtualaz.org-a bildirib ki, o hələ agentliyin işinin bərpası ilə bağlı qərar qəbul etməyib.
    “Mən hələlik dincəlirəm, qərar qəbul edən kimi kollektivi toplayıb, qərarımı elan edəcəyəm. Hələ ki mən heç bir qərar qəbul etməmişəm”, – deyə M.Əliyev vurğulayıb.

    Muxalifet2 - 18-09-2017

  5. Prokuror Nardaran işində mühakimə olunanlara 180 il həbs istədi

    Nardaran işi məhkəməsi 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində 2-si polis əməkdaşı olmaqla 6 nəfərin öldüyü xüsusi əməliyyatdan sonra həbs olunan və terrorçuluq, kütləvi iğtişaşların təşkili, dövlət çevrilişinə cəhddə günahlandırlan daha 12 nəfərin məhkəməsi yekunlaşır.

    Muxalifet2 - 18-09-2017

  6. "Əziz Orucovun həbsi onun media fəaliyyəti ilə bağlıdır" – "Kanal 13-ün təsisçisi

    "Kanal 13" internet televiziyasının təsisçisi Amerikanın Səsinə müsahibəsində Bakı bürosunun rəhbərinin həbsindən danışıb
     
    "Kanal 13" internet televiziyasının təsisçisi Anar Orucov Amerikanın Səsinə müsahibəsində televiziyanın Bakı bürosunun rəhbəri, qardaşı Əziz Orucovun həbsinin səbəblərindən və ölkədə söz azadlığının durumundan danışıb.
    “Kanal 13” internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Televiziyanın təsisçisi Anar Orucov artıq bir neçə ildir Almaniyada yaşayır.

    Muxalifet - 18-09-2017

  7. “İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir” - YAQUB MAHMUDOV

    “Səfəvilər dövründə dünyanın ən böyük imperiyasını yaratmışdıq. Nadir şahın dövründə bizim imperiyamızın bir ucu Hindistana qədər gedib çıxırdı”.

    Muxalifet2 - 18-09-2017

  8. “3000 manatı cibimə polislər zorla qoyub” - Fikrət Fərəməzoğlu

    Jurnalist Araşdırmaları Mərkəzi və “Jam.az” saytının təsisçisi Fikrət İbişbəylinin (Fərəməzoğlu) 7 il azadlıqdan məhrum edilməsi haqda hökm qüvvədə saxlanıldı.
     
     AzadlıqRadiosunun məlumatına görə, sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.
    Hökmdən öncə üç zərərçəkmişdən biri olan Şirin Abdullayev ifadə verib. Deyib ki, Fikrət Fərəməzoğluya bir dəfə 1000, ikinci dəfə 1500 olmaqla, ümumilikdə 2 min 500 manat pul verib:

    Muxalifet - 18-09-2017

  9. “Çingiz Qənizadə haqqında həqiqətləri söyləsəm, heç kəs ona salam verməz” — şeyxin qudasından SENSASSİON AÇIQLAMA

     
    Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə millət vəkili Çingiz Qənizadənin onun haqqında söylədiyi fikirlərə cavab verib.
     
    Q.Salahzadə “Ölkə.Az”-a açıqlamasında deyib ki, Çingiz Qənizadə dəfələrlə siyasi əqidəsini dəyişmiş, “satılmış” adamdır:

    Muxalifet - 18-09-2017

  10. ABŞ müharibə xəbərdarlığı etdi — "Şimali Koreya xəritədən silinəcək"

    ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley yeni açıqlama verib.
     
    ABŞ diplomatı Şimali Koreyanın nüvə proqramına davam edəcəyi təqdirdə yox olacağını söyləyib.
    Vaşinqtonun Şimali Koreya problemini Pentaqona təhvil verməyə hazır olduğunu qeyd edən diplomat prezident Trampın boş yerə hədələmədiyini də bildirib: "Şimali Koreya problemini məmnuniyyətlə general Mettisə həvalə edə bilərəm. Çünki onun bir çox hərbi həll variantı var. Biz isə bütün diplomatik yollara baş vurduq. Əgər bu işə yaramasa, general Mettis məsələ ilə məşğul olacaq".

    Muxalifet - 18-09-2017

  11. Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağını bildirdi

    Bu gün Ermənistan XİN başçısı Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən sensasion bəyanatla çıxış edib.
     
    “Aysor.am” erməni hökumətyönümlü saytı xəbər verir ki, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb.

    Muxalifet - 18-09-2017

  12. Türkiyə Almaniyadakı səfirini geri çağırır

    Bir sıra məsələlər üzrə fikir ayrılıqları fonunda Türkiyə Almaniyadakı səfirini geri çağırır.
     
    “Reuters” xəbər verir ki, həmin məsələlərdən biri Bundüstaqın Osmanlı imperiyası dövründə “erməni soyqırımı” barədə qəbul etdiyi qətnamədir.
    Bundan başqa, Almaniya son aylar ərzində Türkiyədə həbs edilmiş ona yaxın Almaniya və Türkiyə-Almaniya vətəndaşlarının azad edilməsini tələb edib.

    Muxalifet - 18-09-2017

  13. Sarkisyanın olduğu toyda Azərbaycan mahnısı səsləndi

    Xəbər verdiyimiz kimi, erməni milyarder, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın oğlunun toy mərasimi olub.
     
    Xatırladaq ki, milyarder oğlunun toyu Moskvanın ən dəbdəbəli “Safir” sarayında baş tutub.

    Muxalifet - 18-09-2017

  14. “ŞEYXİ ETDİYİ CİDDİ SƏHVƏ GÖRƏ CƏZALANDIRIRLAR” – Paşazadə ətrafında qara buludlar

    “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bütün Qafqazın şeyxi, şeyxülislam hacı Allahşükür Paşazadə ətrafında baş verən son olaylara münasibət bildirib. BkuPost.az xəbər verir ki, o, baş verənlərin təsadüf olmadığını düşüür: “Allahşükür Paşazadənin ətrafında baş verənlər nəsə təsadüfə bənzəmir. Əvvəlcə şeyxin və qardaşının Çexiyada mülkləri və oradakı şərikləri barədə köhnə-yeni xəbərlər yayıldı. Şeyx özü dolayı şəkildə xəbəri inkar etsə də, məndə belə təəssürat yarandı ki, buna inanan az oldu.

    Muxalifet2 - 18-09-2017

  15. ​Правительство США удаляет софт "Лаборатории Касперского"

    Получивший образование в Высшей школе КГБ Евгений Касперский основал свою компанию в 1997 году
     
    Министерство внутренней безопасности США предписало правительственным ведомствам и агентствам удалить любое установленное у них программное обеспечение компании "Лаборатория Касперского" из своих компьютерных систем.
     
    Министерство заявило, что обеспокоено связью между должностными лицами компании и российскими спецслужбами.

    Muxalifet3 - 18-09-2017

  16. ""Turan" normal iş rejimini bərpa etməyə çalışır" - MEHMAN ƏLİYEV

     Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev onun azad edilməsinə səbəbin "beynəlxalq və daxili təzyiq" olduğunu deyib.
     
    Cənab Əliyev BBC Azərbaycancaya onu da bildirib ki, hazırda o, Turanın normal iş rejimini bərpa etməyə çalışır.
    Şənbə günü, Vergilər Nazirliyi Turan agentliyinə qarşı təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
    Bakı şəhər Lokal Vergilər Departamenti, yoxlamanın yekunu əsasında qəbul etdiyi qərarı agentliyə göndərdiyi rəsmi məktubla bildirib.

    Muxalifet - 18-09-2017

  17. Сколько секса нам нужно для счастья?

    «Секс похож на деньги, — писал Джон Апдайк, — только когда его слишком много, его хватает». Но оказывается, что это не вполне верно, по крайней мере, в контексте моногамных отношений. Сколько же секса достаточно? В 2015 году группа психологов из Торонтского университета решила это выяснить.
     

    Muxalifet2 - 18-09-2017

  18. Saatlıda traktorla "Jiquli" toqquşub: 1 ölü, 2 yaralı

    Saatlıda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
     
    Hadisə ötən gün axşam saatlarında rayonun Fətəlikənd kəndində qeydə alınıb.

    Muxalifet - 19-09-2017

  19. Sükan arxasında qızının ölüm xəbərini alan qadın ŞOKA DÜŞÜB

    Hadisə Nəsimi rayonunda, metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib
     
    Bakıda yol polisi sükan arxasında ikən qızının ölüm xəbərini alan qadın sürücüyə yardım göstərib.
    Hadisə Nəsimi rayonunda, metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib.

    Muxalifet - 19-09-2017

  20. Bakıda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək

    Tezliklə İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək.
    APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. O bildirib ki, görüş Bakıda baş tutacaq.
    Səfir Azərbaycan Rusiya və İran prezidentlərinin görüşünün də bu il Tehranda keçiriləcəyini qeyd edib.

    Muxalifet2 - 19-09-2017

Pages