“Qərb-2017”də qəza: Vertolyot jurnalistləri vurdu – Şok video

Rusiya və Belarusun keçirdiyi “Qərb-2017” hərbi təlimi zamanı Ka-52 vertolyotu Sankt-Peterburqun Lujski poliqonu yaxınlığında dayanıb təlimləri izləyən tamaşaçılara raket zərbəsi endirib.
 
Raket zərbəsi nəticəsində 2 nəfər ağır yaralanıb. Rusiya mətbuatı atəşin təsadüf nəticəsində açıldığını bildirib.
Yararlananların hər ikisinin jurnalist olduğu vurğulanıb.