"Bu müharibə bitməyəcək" - Felgenhauer

Heç bir sülhməramlı qüvvə Donbasda hərbi əməliyyatların sona yetməsinə və konfliktin həllinə yardım etməyəcək.
 
Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.
“Sülhməramlılar ATƏT-in müşahidəçilərinin funksiyalarını yerinə yetirirlər. Konflikt tərəfləri atəşkəsi pozmaq istəsə, sülhməramlılar Donbasda heç nə edə bilməyəcəklər. Ukrayna uğrunda sülhməramlılar savaşmayacaqlar. Konflikt davam edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Donbasa sülhməramlıların yerləşdirilməsi üçün BMT-yə müraciət edəcəklərini açıqlamışdı.