Trampın böyüdüyü evdə bir gecənin qiyməti 725 dollardır

ABŞ prezienti Donald Trampın Nyu-Yorkda uşaqlığının keçdiyi evi kirayəyə götürmək mümkündür.
 
5 otaqlı evin bir günlük kirayə qiyməti 725 dollardır.
Mart ayında satışa çıxarılan və 2.14 milyo dollara satılan evdə Tramp 4 yaşına qədər yaşayıb. Nyu-Yorkun Kvins bölgəsində olan evin 5 otağı, 3 vanna otağı var. Ev alındıqdan sonra bir şirkət tərəfindən gecələr keçirmək üçün 4 min dollara kirayəyə götürülmüşdü.
Şirkət  "Prezidentin yaşadığı evdə misilsiz və özəl bir fürsət" devizi ilə kampaniyaya başlayıb və bir gecəlik qiymətin 725 dollar olduğunu açıqlayıb.
Evin həyətində ABŞ bayrağı dalğalanır və otaqlar Trampın fotoları ilə bəzədilib. Evin qonaq otağında Donaldın bir maketi var.