İsrail Qüdsü yəhudiləşdirir - Abbas

Fələstin Prezidenti Mahmud Abbas İsrail Baş naziri Benyamin Netanyahuya işğal altında olan Qüdsü yəhudiləşdirmək planı ilə bağlı xəbərdarlıq edib.
 
Mahmud Abbas Qüdsdə inşa edilməsi planlaşdırılan Süleyman Məbədinin də bunun bir parçası olduğunu deyib.
“Benyamin Netanyahu Qüdsü yəhudiləşdirmək planını tamamlamağa çalışır və Əl-Əqsanın qapılarını fanatik yəhudilərə açır, yəhudilərin qanunsuz addımlarına göz yumur”, - Mahmud Abbas bildirib.