Abşeronda baba və nəvəni maşın vurub, azyaşlı ölüb

Abşeronda baba və nəvəni maşın vurub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.
 Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
 Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.