Fələstinlilər əl-Əqsa məscidinə namaz qılmağa qayıdıblar

Fələstinlilər mübahisə doğuran metal detektorlarının yığışdırılmasından sonra ilk dəfə olaraq Şərqi Yerusəlimdəki (Şərqi Qüds) məscidə qayıdıblar.
 
Bu müsəlman liderləri tərəfindən əraziyə daxil olmaq barədə iki həftəlik qadağanın ləğvindən sonra baş verir.
14 iyulda bıçaqla hücum edən fələstinli iki polisi öldürüb və daha bir nəfərə ağır xəsarət yetirmişdi.
Hücuma cavab olaraq təhlükəsizlik tədbirlərini sərtləşdirən İsrail hakimiyyəti əraziyə girişdə metal detektorları quraşdırıb. Qurğuların son hissələri cümə axşamı, son bir neçə gün ərzində yeddi nəfərin ölümü ilə nəticələn qarşıdurmalardan sonra sökülüb.
Fələstinlilər yeni təhlükəsizlik tədbirlərinə sərt şəkildə etiraz etmişdilər. Onlar İsraili İudaizimdə müqəddəs sayılan və Məbəd dağı adlandırılan ərazini ələ keçirmək istədiyini idda etmişdilər.
Xəbərdən sevinən bir çox fələstinli günorta namazından əvvəl küçələrdə rəqs edib şuarlar səsləndirib.
Lakin bəzi mənbələr izdihamı idarə etməyə cəhd edən polislə fələstinlilər arasında toqquşma olduğunu, polisin izidhama qarşı bibər qazı və gicəlləndirici qumbaradan istifadə etdiyini deyiblər.
Fələstin Qırmızı Ayparasının məlumatlna görə onlarla insan xəsarət alıb.
İsrail polisi kompleksin girişində zabitlərinə daşların atıldığından sonra izidhama cavab olaraq tədbirlərin görüldüyünü deyib.
Fələstinlilər sevinir
İsrail hökuməti hələ təhlükəsizlik tədbirlərinin ləğvi qərarı barədə şərh verməyib. Bəzi siyasi təhlilçilər Baş nazir Binyamin Netanyahunun qərarının o və hökumətinin mühafizəkar üzvləri arasında problem yaradacğını deyiblər.
Cənab Netanyahunun siyasi rəqibi və koalisiyasının üzvü, təhsil naziri Naftali Bennet qərarı tənqid edərək nəticədə İsrailin bu böhrandan daha zəif olaraq çıxdığını idda edib.