ABŞ əsgəri İraqdan Suriyaya qayıtdı - ŞOK GƏLİŞMƏ

Baxış sayı:
4315

ABŞ prezidenti Trampın qısa müddət əvvəl Suriyanın şimalından İraqa göndərdiyi hərbi kontingent dünən yenidən Suriyaya geri qayıtdi.

Muxalifet.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
"Anadolu" agentliyi ABŞ ordusunun Iraqda yerləşdirilmiş ordusundan ayrılan bir hərbi bölümün yenidən İraq-Suriya sərhədindəki Əl Yarubiyyə keçid qapısına çatdığını bildirib. Əsgər karvanı buradan keçərək Deyrizor vilayətinin cənub-şərqindəki ƏL Ömər adlı neft yatağı olan əraziyə çatıb.  Karvanda əsgər daşımaq üçün minik vasitələrinin və tankların olduğu 30 ədəd zirehli texnikanın olduğu məlumat verilib. Bildirilir ki, Əl Ömər neft yatağı terror birliyi YPG/PKK-nın nəzarətindədir.
Bundan başqa ABŞ ordusu Deyrizor vilyətinin cənub-şərqində Suriya-İraq sərhədində tikiləcək yeni ABŞ hərbi bazası üçün yer müəyyən edib. Yeni bazanın Baqoz bölgəsində inşa ediləcəyi gözlənilir. Gələn xəbərlərdə Deryizora daşımalardan sonra ABŞ əsgərlərinin ikinci hərbi karvanının isə Hasekenin şimal-şərqindəki Rumeylan neft yatağı sahəsindəki əraziyə yerləşdiriləcəyi məlumat verilir. Hasekenin bu bölgəsindəki Rumeylanda 1322 neft quyusunun olduğuna diqqət çəkən Ərbildən idarə olunan Rudav media orqanı , Ammar, Tələf, Conoco kimi strateji neft yataqlarının yerləşdiyi Deyrizordakı ABŞ əsgərlərinin də sayının artırılacağını bildirdi. Washington Post qazeti də ABŞ əsgərlərinin Haseke və Deyrizor arasındakı əraziyə yerləşdiriləcəyini , əsgər sayının minə çatdırılacağını yazdı.

Muxalifet.az