Ukrayna generalı: Rusiya NATO-nu Donbasda sınayır
1-12-2019 12:55
Baxış sayı:
4651
Donbasdakı müharibə ilə Rusiya NATO-nun müttəfiqlik imkanlarını sınaqdan keçirir.
Muxalifet.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin keçmiş müavini general-leytenant İqor Romanenko deyib.
“Britaniyanın Rusiyanın NATO üçün real təhdid olmasıyla bağlı bəyanatı Rusiyaya edilən kompliment yox, faktın ifadəsidir. Putin rejimi dönəmində Rusiya ordusu yenilənib, ordunun 65%-i yenidən silahlandırılıb. Rusiya Donbasda NATO-nun müttəfiqlik imkanlarını sınaqdan keçirir. Kremlin fəxr etdiyi silahların təxminən yarısı işlək vəziyyətdədir, yerdə qalanlar sadəcə oyuncaqdır”, - deyə o bildirib.
Muxalifet.az