Professor oğlunun dələduzluq əməlləri ilə bağlı ŞOK FAKTLAR - Nazirə müraciət / FOTO

Baxış sayı:
644

Azərbaycan vətəndaşları Bakı şəhəri, R.İsmayılov 11d, blok 3, mənzil 58-də yaşayan Həsənova Vəfa Allahverdi qızı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə 23, mənzil 62-də qeydiyyatda olan Qurbanova Rəqibə Heydər qızı və digər bir qrup şikayətçi tərəfindən Muxalifet.az saytının redaksiyasına məktub daxil olub. Saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçilərin müraciətini olduğu kimi dərc edirik:
“Cənab Nazir!
Biz, AMEA-nın müxbir üzvü olan Vaqif Quliyevin oğlu Emin Quliyevin dələduzluq əməllərinin qurbanları olan  bir qrup vətəndaş, Sizə müraciət edərək, kömək istəyirik.
Emin Quliyev “xaricdə təhsil” adı altında müxtəlif vaxtlarda bizləri aldadraq külli miqdarda vəsaitimizi mənimsədiyi üçün Nəsimi Rayon Prokurorluğuna müraciət etmişik. İş prokurorluğun müstəntiqi Əkbər Ələkbərzadə tərəfindən araşdırılır.

Emin Quliyev
Prokurorluğun sanksiyası əsasında Emin Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda da məşhur professor Vaqif Quliyevin oğlu dələduz Emil Quliyev Kürdəxanı həbsxanasındadır.
İstintaq davam edir, şahidlər dindirilib, ortada dəlillər, sübutlar da var. Müstəntiq Əkbər Ələkbərzadə işə başlayanda bizə dəymiş ziyanın ödəniləcəyini bildirsə də, bu günə qədər hələ də ödənilməyib. Müstəntiq indi isə “sizə dəyən ziyan ödənilməyəcək, dələduzun adında heç nə yoxdur, onun barəsində isə məhkəmə qərar verəcək”, - deyir.
Bildiyimizə görə Nəsimi Rayon Prokurorluğuna qədər  Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı Zaur Tağıyevlə, Xətai Rayon Polis İdarəsinin müstəntiqi Elçin Əlizadə sənədləşmə aparmadan, rəsmiyyətə salmadan Nəsimi Rayon 20-ci Polis Şöbəsində bu işi “araşdrııblar”.

Elçin Əlizadə, Zaur Tağıyev (müstəntiqlər)

Belə ki, 2024-cü ilin noyabr ayında E.Quliyevin ortaqlarını dindiriblər, şahid ifadələri alıblar. Bəzisinin ölkədən çıxışına stop da qoydurublar. Təbii ki, sonda dələduz E.Quliyev barəsində heç bir tədbir görülməyib.
Bunlar doğrudursa, bəs, adları çəkilən polis əməkdaşlarının bu işdə nə maraqları olub ki, bu işi rəsmiləşdirməyiblər?!
Cənab Prezident çıxışlarında uşaqları qudurğanlıq edən, özlərini apara bilməyən məmurlara səslənərək övladlarının həbs ediləcəyini, atalarının da işdən qovulacağını bildirir. Bu, Emin Quliyevin ilk cinayəti deyil. Buna qədər eyni əmələ görə bir dəfə də həbs edilib. Vətəndaşlara qarşı dələduzluq edən Emin Quliyevin atası AMEA-nın müxbir üzvü Vaqif Quliyev isə hələ də işindən qovulmayıb.

Vaqif Quliyev
Cənab Nazir!
AMEA-nın müxbir üzvü Vaqif Quliyevin oğlu Emin Quliyevin dələduzluğunun növbəti qurbanları kimi, Sizdən xahiş edirik, bizə dəymiş maddi ziyanın ödənilməsi və işin tam, ətraflı, habelə ərizədə adları qeyd edilən polis əməkdaşlarının hərəkətlərinin araşdırılması üçün aidiyyəti üzrə göstəriş verməklə, bizdən köməyinizi əsirgəməyəsiniz”.

Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.




Emin Quliyevin əlyazması