Türkiyə liqasının qalibi çempionatdan uzaqlaşdırıldı

Baxış sayı:
1942

Türkiyə Super Liqasında aşağı liqaya düşən komandalar bəlli olub.
Muxalifet.az xəbər verir ki, "Göztəpə"nin doğma meydanda "Ankaragücü"nü məğlub etməsindən sonra "Bursaspor" klubu aşağı liqaya düşüb. "Göztəpə" isə əsas çempionatda mübarizəni davam etdirmək haqqı qazanıb.
"Bursaspor"la yanaşı, "Ərzurumspor" və "Akhisarspor" da aşağı liqaya - "Spor Toto 1-ci liqa"ya yollanıb.
Qeyd edək ki, "Bursaspor" Türkiyənin 4 əsas klubundan - "Beşiktaş", "Qalatasaray", "Fənərbaxça" və "Trabzonspor"dan sonra liqada çempion olmuş yeganə klubdur.