SON DƏQİQƏ: Kiyevdə prezident iqamətgahı qarşısında ETİRAZ AKSİYASI

Baxış sayı:
3502

Kiyevdə Ukrayna prezidentinin iqamətgahı qarşısında Donbasdan silahlı qüvvələrin geri çəkilməsinə qarşı etiraz aksiyası keçirilir.

Muxalifet.az bu barədə vzqlyad.ru-ya istinadla məlumat verir.
Bildirilir ki, 400 nəfərə yaxın insan Vladimir Zelenskinin Ukrayna ordusunu geri çəkmək qərarını ləğv etməyə çağıran şüarlar səsləndirirlər. Küçədə üç çadır qurulub.
“İnterfaks” bildirir ki, hüquq-mühafizə orqanları baş verənlərə müdaxilə etmirlər.
Xatırladaq ki, Ukrayna XİN naziri Vadim Pristayko Donbasdan münaqişə tərəflərinin təmas xəttindən canlı qüvvəni və hərbi texnikanı geri çəkməyə hazır olduqlarını bəyan etmişdi. Qeyri-qanuni silahlı dəstələr də Zolotoye rayonundan hərbi qüvvəni geri çəkməyə hazır olduqlarını bildirmişdilər.
Ukrayna Müdafiə Nazirliyi xəbər verib ki, bunun üçün üç sutkaya yaxın vaxt lazım olacaq.   

Muxalifet.az