​“Real” ardıcıl yeddinci dəfə “Ayaks”ı məğlubiyyətə uğratdı - VİDEO

Baxış sayı:
4453

UEFA Çempionlar Liqasında 1/8 finalın daha bir görüşü Hollandiyanın paytaxtı Amsterdamda baş tutub.
Nurda yerli “Ayaks”la Madrid “Real”ı üz-üzə gəlib.
Digər 1/8 final matçlarında olduğu kimi, bu görüşün ilk hissəsində də hesab açılmayıb. Baxmayaraq ki, meydan sahibləri qol vursa da, ilk dəfə VAR sistemi işə düşərək qolun oyundankənar vəziyyətdə vurulduğunu qeydə alıb. 
Fasilədən sonra tamaşaçılar üç qol görüb. Əvvəlcə fransalı hücumçu Karim Benzema qonaqları hesabda önə çıxarıb. Lakin Mərakeş millisinin Hollandiya doğumlu futbolçusu Hakim Ziyeş hesabı bərabərləşdirib. Lakin görüşün əsas vaxtının başa çatmasına üç dəqiqə qalmış Marko Asensyo “Real”a qələbə qolunu vurub. Bununla da “Real” ardıcıl yeddinci dəfə “Ayaks”ı məğlub edib.