Ramil Quliyev növbəti rekorda imza atdı
6-06-2018 14:13
Baxış sayı:
6250

Türkiyə millisinin üzvü, azərbaycanlı atlet Ramil Quliyev növbəti uğuruna imza atıb.
Muxalifet.az xəbər verir ki, atlet Finlandiyada keçirilən Paavo Nurmi Oyunlarında 200 metr məsafəyə qaçışda yarışın qalibi olub.
28 yaşlı idmançı 20.23 saniyə ilə bütün rəqiblərini geridə qoyub və Paavo Nurmi Oyunlarının rekorduna imza atıb.
Onun növbəti sınaağı iyunun 7-də Norveçin Oslo şəhərində baş tutacaq. Atlet Brilliant Liqa yarışında 200 metr məsafəyə qaçışda çıxış edəcək.