​Qurban Qurbanov 8 pillə irəlilədi

Baxış sayı:
4411

Dünya futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.
Muxalifet.az xəbər verir ki, fevral ayı üçün hazırlanan yekun siyahıda 3 Azərbaycan klubunun çalışdırıcısı da yer alıb. Ən yaxşı nəticə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdadı. Ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyən mütəxəssis 491-cidi. Təcrübəli çalışdırıcının aktivində 1169 xal var.
"Zirə"nin çalışdırıcısı Ayxan Abbasov isə geriyə iki addım atıb. O, 217 xalla dünyanın 991-cisidi. "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk isə 939-cu yerdə qərarlaşıb. 2 pillə irəliləyən ukraynalının aktivində 255 xal var.