Qubada bir neçə gün əvvəl bıçaqlanan şəxs XƏSTƏXANADA ÖLDÜ

Baxış sayı:
1819

Quba rayonunda bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Zərdabi qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Dadaşov Eldəniz Arzuman oğlu iyunun 11-də bıçaqlanıb.

O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib.

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.