​Premyer Liqa: "Zirə" – "Keşlə" matçında 3 qol

Baxış sayı:
1657

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.
Muxalifet.az xəbər verir ki, həftənin son oyununda “Zirə” və “Keşlə” komandaları üz-üzə gəliblər.
Matç “Keşlə”nin 1-2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın qollarını Tərlan Quliyev (28) və Slavik Alxasov (73) vurub. “Zirə”nin heyətində isə 13-cü dəqiqədə Elşən Abdullayev fərqlənib.
Bu qələbədən sonra xallarının sayını 15-ə çatdıran “Keşlə” sondan ikinci pillədə qərarlaşıb. “Zirə” isə məğlubiyyətə rəğmən 3-cü pillədəki yerini qoruyub.