4 qol buraxan "Qalatasaray" yarımfinala yüksəldi - VİDEO
27-02-2019 17:58
Baxış sayı:
6427

Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Muxalifet.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Hatayspor"un qonağı olub. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.
İlk oyunda 2:0 hesabı ilə qələbə qazanan "Cim bom" yarımfinal mərhələsinə yüksəlib.
"Hatayspor" - "Qalatasaray" 4:2
Qollar: Gökhan Karadeniz, 59 (pen), 71 (pen), Mirkan Aydın, 79, İsmayıl Çipe, 86 (avtoqol) - Muğdat Çelik, 21, Emre Akbaba, 53