116 milyon dollarlıq brend geyimlər yandırıldı - İLGİNC SƏBƏB
20-07-2018 12:26
Baxış sayı:
4230

İngiltərənin məşhur "Burberry" geyim şirkəti satılmayan məhzulları endirimlə təklif etməmək üçün 37, 8 milyon dollarlıq brend məhsullarını yandırıb.
Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb. Nəşrin yazdığına görə, şirkət bu addımı “bahalı məhsulların ucuz insanlara satılmaması üçün” edib.Brend şirkətin bu qədər məhsulu külə döndərməsi İngiltərədə sosial medianı bir-birinə vurub. İnsanlar şirkətə qarşı hiddətini ən vulqar formalarda ifadə ediblər.
O da qeyd olunub ki, təkcə son 5 ildə 116 milyon dollarlıq geyim yandırıb. Xəbərdən sonra şirkətin şəriklərinin rəhbərlikdən izahat tələb etdiyi bildirilir.