Fransa millisi FİNALDA – Rəqib komanda sabah müəyyənləşəcək
11-07-2018 00:46
Baxış sayı:
3514

Bu gün dünya çempionatında ilk finalçının adı məlum olub.
Muxalifet.az xəbər verir ki, Fransa Belçika milliləri arasında baş tutan ilk yarımfinal matçının taleyini 1 qol həll edib.
Matçın 51-ci dəqiqəsində Fransa millisinin futbolçusu Umtitinin vurduğu fransızları finala çıxarıb. Beləliklə də, Belçikanın tarixində ilk dəfə dünya çümpionatının finalına yüksəlmək arzuları puç oldu.
Fransanın həlledici oyunda rəqibi isə sabah İngiltərə - Xorvatiya oyununda müəyyənləşəcək.