FİFA prezidenti:"2019-cu ildə bu vəzifəyə yenidən seçilmək üçün namizədliyimi irəli sürəcəyəm"

Baxış sayı:
7873

FİFA-nın hazırkı rəhbəri Canni İnfantino quruma 2019-cu ildə keçiriləcək prezident seçkisində də iştirak edəcək.

“Report”un məlumatına görə, bu barədə C.İnfantinonun özü Rusiyanın paytaxtı Moskvada FİFA-nın 68-ci Konqresində bəyan edib.

“Gələn il təkrar seçilmək üçün namizədliyimi irəli sürəcəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, FİFA prezidenti seçkisi 2019-cu il iyunun 5-də Fransanın paytaxtı Parisdə keçiriləcək.