"Trabzonspor"un baş məşqçisi istefa verdi

Baxış sayı:
8299

Türkiyənin "Trabzonspor" futbol komandasının baş məşqçisi Rza Çalımbay istefa verib.
 
Muxalifət.az xəbər verir ki, 55 yaşlı mütəxəssis mətbuat konfransında komanda ilə yollarının qarşılıqlı razılaşma əsasında ayrıldığını söyləyib. O, Türkiyə Superliqasının XXXIV turunda "Karabükspor"la oyunda son dəfə "Trabzonspor"un baş məşqçisi kimi oyuna çıxacağını deyib.
Qeyd edək ki, Rza Çalımbay mövsümün əvvəlindən "Trabzonspor"a rəhbərlik edir.