Sadıqovun komandası İrlandiyaya qarşı – Tarix açıqlandı
26-02-2018 14:46
Baxış sayı:
4663

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib.
Publika.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş martın 27-də Dublinin “Talla” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtilə saat 22:30-da start götürəcək.