​“Qarabağ” - “Kəpəz”: Gərgin oyun başa çatdı

Baxış sayı:
1627

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun son oyununda “Qarabağ” və “Kəpəz” klubları üz-üzə gəlib.
Muxalifet.az xəbər verir ki, matç meydan sahiblərinin minimal hesablı (1-0) qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 85-ci dəqiqədə Riçard Almeyda vurub.
Bu qələbə ilə xallarının sayını 44-ə çatdıran “Qarabağ” “Qəbələ”ni 9 xal qabaqlayıb.