Rövnəq Abdullayev Prosineçkinin millidəki taleyindən danışdı
5-10-2017 22:44

Oyunu gördünüz də? Uduzmaq heç vaxt sevindirici ola bilməz. Ona görə məyusam.
Muxalifet.az-ın xəbərinə görə, bunu Report-a açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığmasına 1:2 hesabı ilə uduzduğu görüşdən sonra deyib.
O, bildirib ki, yığmanın baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı cari seçmə mərhələ başa çatdıqdan sonra qərar veriləcək.
R.Abdullayev “Rəşad Sadıqovun gedişindən sonra onu əvəzləyə bilən biri olacaqmı” sualına isə belə cavab verib: “Həyat davam edir”.