Kavani və Neymar pula görə mübahisə edib

PSJ-nin futbolçuları Neymar və Edinson Kavanini arasındakı münaqişənin əsl səbəbi müəyyənləşib.
Qol.az-ın "L'Equipe”yə istinadən yaydığı xəbəeə görə, buna klub rəhbərliyi tərəfindən bombardir üçün nəzərdə tutulan 1 milyon 500 min avro məbləğində pul mükafatı səbəb olub. Məhz buna görə Kavani Fransa çempionatının 6-cı turunda "Lion”la ev oyunu zamanı penaltinin Neymarın yerinə yetirməsinə mane olub.
Bundan sonra oyunçular paltardəyişmə otağında mübahisə ediblər. Onların əlbəyaxa olmasına isə PSJ-nin kapitanı Tiaqu Silva imkan verməyib.
Qeyd edək ki, PSJ-nin 2:0 hesabı ilə qalib gəldiyi matçın 80-ci dəqiqəsində E.Kavani penaltidən yararlana bilməyib.