Qadın keçmiş əri və bacısı tərəfindən döyüldü - ŞƏMKİRDƏ
25-10-2019 00:33
Baxış sayı:
4076

Şəmkir sakini keçmiş əri və öz bacısı tərəfindən döyülüb.
Hadisə rayonun Alabaşlı kəndində qeydə alınıb. 1966-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızı döyülmə diaqnozu ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib.
Araşdırma zamanı məlum olub ki, 53 yaşlı qadın keçmiş həyat yoldaşı və öz bacısı tərəfindən döyülüb.
İlkin məlumatlara görə, qadın keçmiş ərindən boşansa da, əri və doğma bacısı ilə bir evdə qalır.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.