Almaniyada matəm elan edildi

Baxış sayı:
2014

Almaniyanın daxili işlər naziri Nensi Fesser Maqdeburqda törədilən terror aktı qurbanlarına görə matəm elan edib.

Bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

“Hakimiyyət orqanlarının bütün binalarında bayraqları endirilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb, 205 nəfər isə yaralanıb.