Bakı metrosunda ölüm
14-12-2024 14:48
Baxış sayı:
1570
Qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib.
“İş vaxtı bitən, “İnşaatçılar” stansiyasında iş yerini 05:30-da tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”, - B.Məmmədov əlavə edib.