Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza

Baxış sayı:
1606

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəmə araşdırması başa çatıb.

Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Təqsirləndirilən şəxslər, ilkin olaraq xüsusilə külli miqdarda - 250 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilirdilər. Lakin məhkəmədən əvvəl onlar bu məbləği tam şəkildə dövlətə geri ödəyərək bu epizod üzrə işi bitiriblər. İttihamların qalan hissəsi isə vəzifə səlahiyyətlərini aşmaqla bağlı idi. Bu maddənin sanksiya həddində 3 ildən 7 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Bu iş üzrə müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da dindirilmişdi. Maliyyə pozuntuları onun işlədiyi dövrdə qeydə alındığı üçün ifadə verməsi zəruri hesab edilib.