"Neftçi" faciədən döndü: Buludov son anlarda...

Baxış sayı:
2608

Bu gün Topaz Premyer Liqasında 20-ci tura yekun vurulub.
Muxalifet.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Səbail”i Ceyms Adeniyinin qolları ilə 2-0 məğlub edib.
Turun son oyununda isə "Sumqayıt" “Neftçi” ilə üz-üzə gəlib. "Ağ-qaralar" bu görüşdə məğlub olsaydılar, "Qarabağ” çempionatın yeni lideri olacaqdı.
Görüş "flaqman" üçün arzuolunmaz şəkildə başlayıb. Peyman Babayi 26-cı dəqiqədə "Sumqayıt"ı önə keçirib. Dramatik keçən matçın taleyi son 15 dəqiqədə həll olunub. "Neftçi" 76-cı dəqiqədə Mamadu Embocun qolu ilə tarazlığı bərpa edib. Bir dəqiqə sonra Mehdi Cənnətov qırmızı vərəqə alaraq "Sumqayıt"ı azlıqda qoyub.
"Neftçi" görüşün başa çatmasına 3 dəqiqə qalmış Ömər Buludovun qolu ilə önə keçib və matç elə bu hesabla da başa çatıb.
Bu nəticədən sonra "Neftçi" 44 xalla vahid liderdir. İkinci "Qarabağ"ın isə 42 xalı var.