İşdən qayıdanda evlərinin ortasından yeni yol keçdiyini gördülər - RUSİYADA...

Evlərinin yaxınlığında yerləşən şəhərdə işləyən rusiyalı cütlük, işdən qayıdarkən evlərinin ortasından yenicə çəkilmiş yolun keçdiyini və strukturun qismən söküldüyünü aşkar ediblər.
Yarı dağılmış evin sahiblərindən biri zərərin yeni salınmış yolun inşası zamanı olduğunu araşdırıb.
REN TV-də yayımlanan şəkillərdə Zavod Voskresensky rayonundan keçən yeni yolun yanındakı evin qalıqları görsənir.
Telekanalın verdiyi məlumata görə, tikilinin qalan hissəsi yaşayış üçün əlverişsizdir.
Bu evdə müvəqqəti olaraq yaşayan sahiblər Nijni Novqorod şəhərində mövsümi işlərindən qayıdarkən, evin bu xarabalıq səhnəsi ilə qarşılaşıblar.
“RİA Novosti”nin verdiyi məlumatda deyilir ki, onlara tikinti işləri ilə bağlı məlumat verilməyib və zərərin təzminatı üçün bir rubl belə almayıblar.
Yerli hakimiyyət orqanları əvvəlcə "heç kəs evi dağıtmayıb" desə də, ev sahiblərdən biri, Valeria Udalova, şəxsi mülkiyyət sənədləri ilə onların ofislərinə gəldikdən sonra, ilkin bəyanatından uzaqlaşıb, inşadan əvvəl aparılan yoxlama xəritələrində səhv olduğunu ehtimal etdiklərini bildiriblər.
“Lenta” xəbər saytının məlumatına görə, Udalova yeni ev tikmək üçün yerli icra hakimiyyətindən 3,6m rubl ($62,000 dollar) təzminat tələb edir və şikayəti həll edilənədək o, yolun ortasında çadır qurmaq niyyətindədir.
Onların iddiaları, bir həftə içərisində qərar verməli olan yerli rəsmilər tərəfindən araşdırılır.