​Əfsanəvi türkiyəli atletin məzarı açılır – ŞOK SƏBƏB

Baxış sayı:
6964

Əfsanəvi türkiyəli atlet, üçqat olimpiya çempionu Naim Süleymanoğlunun bu gün məzarı açılacaq.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, məzarın açılması üçün hazırlıqlar başladılıb, polis məzarın ətrafını mühasirəyə alıb.
Məzarın açılması məhkəmə qərarı əsasında keçirilir. Belə ki, Süleymanoğlunun yapon qadın Kyoko Moridən olan qızı atalıq iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə atalığın müəyyən edilməsi məqsədilə Süleymanoğlunun cənazəsindən DNT nümunəsi götürülməsi barədə qərar çıxarıb.