ERMƏNİSTAN MÜDAFİƏ NAZİRİNİN KEÇMİŞ MÜAVİNİNDƏN ETİRAF - “Ermənilər yüz ildə belə zərbə görməmişdilər”

Baxış sayı:
1427

"Ermənilər heç vaxt bu qədər sınmış, psixoloji sarsıntı keçirmiş, məyus vəziyyətdə olmamışdılar".

Yerli KİV-lər xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

O bildirib ki, ermənilər son bir ildə gördükləri güclü psixoloji zərbə ilə son yüz ildə rastlaşmamışdılar.

"İnsanlar öz gələcəklərini qeyri-müəyyən görürlər. Bunun səbəbləri əlbəttə ki, hər kəsə yaxşı məlumdur. Birincisi, müharibənin ağrılı nəticələri yaranıb. O müharibə ki, günahkarları hələ də hökumətin himayəsi altında gizlədilir. Hökumət ermənilərin əlindən qələbə ruhunu, Ermənistanın təhlükəsizliyini aldı, yaşamaq və inkişaf etmək üçün mümkün perspektivləri alt-üst etdi. Bu iki real fakt insanların məyusluğuna gətirib çıxardı: Kapitulyasiya ilə nəticələnən müharibə və 2018-ci ildən bəri Nikolla əlaqəli boş ümidlər... Ayıq olmalı, özümüzə gəlməli və məyusluqla bağlı ruhi hallara müqavimət göstərməliyik. Qalxmaq, irəliləmək, daha da güclənmək üçün istifadə olunmamış potensialımız var. Bizi daim aldadan informasiyalara boyun əyməyə haqqımız yoxdur".

Zakaryan daha sonra vurğulayıb ki, yaxın gələcəkdə bölgə ilə bağlı böyük dəyişikliklər ola bilər: "Bu dəyişikliklər həm də ölkəmizin həyati maraqları ilə əlaqəli olacaq. Onlardan istifadə etməyə, dövlətimizin maraqları naminə xidmət göstərməyə hazır olmalıyıq. Yenidən toparlanmalı, bu dağıdıcı ruh halından çıxmalı, tarixin təkərlərini döndərməli və yalnız istədiyimiz gələcəyə baxmalıyıq. Bir şey aydındır ki, Nikol və komandası bu gün ölkəmizin irəliləməsinə səbəb olan təkərlərə ilişən çubuq kimidir"./Virtualaz.org