"Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" – Məktəb direktoru

Baxış sayı:
13552

Elina Hacıyevanın ölüm işi üzrə məhkəmə davam edib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, iş üzrə dəvət olunan şahidlər məhkəmə iclasına gəlməyib. Prosesdə 162 saylı orta məktəbin sabiq direktoru Sevinc Abbasova ifadə verib. O bildirib ki, hadisə günü ikinci dərs bitəndən sonra tənəffüs zamanı məsələdən xəbərdar olub: "Direktor müavini Tünzalə Mikayılova ilə otağımda idik. Bu zaman müəllimə gəlib həyətdə bir uşağın yıxıldığını dedi. Tez çölə qaçdıq. Gördüm ki, Azərbaycan bölməsinin uşaqları Elinanı qucaqlarına götürüb məktəbin qapısına tərəf gətirirlər. Birinci elə bildim onu kimsə yıxıb. Elina isə dedi ki, özü yıxılıb”.