​Baş Prokurorluq SOCAR-a hücuma görə cinayət işi aça bilər

Baxış sayı:
215

Gündüz Məmmədov: “Hərbi cinayət əlamətləri mövcuddur”
Bu gecə Rusiya ordusu Odessa vilayətində SOCAR-a məxsus neft terminallarına ikinci dəfə hücum edib. Ekspertlər bildirir ki, artıq bu hadisəni təsadüfi zərbə kimi qiymətləndirmək mümkün deyil və bu, Azərbaycanın mülki infrastrukturuna məqsədyönlü hücumdur. Hücumda hərbi cinayət əlamətləri mövcuddur.
Politoloq Gündüz Məmmədovun sözlərinə görə, SOCAR dövlət şirkəti olduğundan, Azərbaycan Baş Prokurorluğu ekstraterritorial yurisdiksiya prinsipi ilə cinayət işi aça bilər. Onun fikrincə, mühüm addımlardan biri Ukrayna və Azərbaycan arasında birgə beynəlxalq istintaq qrupu yaradaraq hadisənin araşdırılmasıdır.
Ekspert əlavə edir ki, əgər hücumun məqsədyönlü olduğu sübut olunarsa, bu hadisə aqressiya aktı kimi qiymətləndirilə bilər. Bu halda Azərbaycan BMT-yə müraciət edə, 1974-cü il tarixli Baş Assambleyanın №3314 saylı qərarında təsbit olunmuş aqressiya tərifinin pozulması barədə əsas göstərə bilər.