BAKIDA MÖHTƏŞƏM MATÇ BAŞA ÇATDI! - "Çelsi” "Arsenal"ı DARMADAĞIN ETDİ - 4:1 / (YENİLƏNİB)

Baxış sayı:
7721

“Çelsi” və “Arsenal” komandaları arasında final matçı birincinin üstünlüyü ilə başa çatdı - 4:1.

***

69-cu dəqiqədə fərq azalır: 3-1. "Arsenal"ın heyətində Ayvobi fərqlənir. Bundan 3 dəqiqə sonra isə Eden Azar "Çelsi"nin üstünlüyünü yenidən 3 topa çatdırır: 4-1.

***

00:22

65-ci dəqiqədə "Çelsi" rəqib qapısından 3-cü topu keçirdi. Komandanın heyətində Eden Azar fərqləndi: 3-0

***

00:18

60-cı dəqiqədə "Çelsi" üstünlüyünü 2 topa çatdırdı: 2-0. "Zadəganlar"ın heyətində Pedro Rodriqes fərqləndi.

***

30 may 00:06

"Çelsi" ikinci hissəyə qolla başladı. Oliviye Jiru oyunun 49-cu dəqiqəsində fərqləndi: 1-0

***

Bakıda keçirilən UEFA Avropa Liqası çərçivəsində “Çelsi” və “Arsenal” komandaları arasında baş tutan oyunun birinci hissəsi qolsuz başa çatdı. 

İkinci hissəni buradan izləməyə davam edin.

**

“Çelsi” və “Arsenal” komandaları arasında keçiriləcək matçın açılış mərasimi başlayıb.

Açılış mərasiminin canlı yayımına buradan baxa bilərsiniz.

**

“Çelsi” və “Arsenal” start heyətlərini açıqladılar - BAKIDA MÖHTƏŞƏM QARŞILAŞMA 

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin “Çelsi” və “Arsenal” komandaları start heyətlərini açıqlayıblar.

UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, komandaların ilk “11-lik”ləri aşağıdakı kimidir:

“Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10.Eden Azar

“Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett

***

Bu gün Azərbaycanda tarixi anlar yaşanacaq.

Belə ki, qitənin ən nüfuzlu turnirlərindən biri olan UEFA Avropa Liqasının 2018-2019 mövsümü final mərhələsi Bakıda baş tutacaq.

Dünya miqyasında 1 milyard insan Bakı Olimpiya Stadionunda İngiltərə derbisi izləyəcək. İki London təmsilçisi “Çelsi” və “Arsenal” kubok uğrunda mübarizə aparacaq.

Artıq hər iki komanda Bakıdadır və oyunöncəsi ilk məşqlərinə başlayıblar.

Rəsmi qurumların məlumatına görə, oyunu stadiondan 60 mindən çox tamaşaçı izləyəcək.

Tarixi final qarşılaşması saat 23:00-da başlanacaq. Matçı İtaliyalı baş hakim Canluka Rokki idarə edəcək.

UEFA-nın rəsmi saytı bildirir ki, finalçılar Bakıya bu heyətlə yollanıb:

Arsenal: Petr Çex, Sead Kolaşinats, Loran Koselny, Sokratis Papastatopulos, Şkodran Mustafi, Enzli Meytlend-Naylz, Qranit Caka , Lukas Torreyra, Pyer-Emerik Obameyanq, Mesut Özil, Aleksandr Lyakezett.

Çelsi: Kepa Arrisabalaqa, Sezar Aspilikueta, Andreas Kristiensen, Devid Luis, Markos Alonso, Mateo Kovaçiç, Jorjinyo, Ross Barkli, Pedro Rodriqes, Oliviye Jiru, Eden Azar.

Avropa Liqası

Final

29 may

23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə)

Baş hakim: Canluka Rokki

Bakı Olimpiya Stadionu