Bakıda mənzildə qadın MEYİTİ TAPILDI

Baxış sayı:
9853

Bakıda mənzildə 74 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Əhmədvəliyeva Roza Nurislamovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​