Azərbaycan sərhədçiləri futbol azarkeşlərini gül-çiçəklə qarşılayır - ONLARA HƏDİYYƏLƏR TƏDİM OLUNUR...

Baxış sayı:
5389

Sabah – mayın 29-da Azərbaycanda keçiriləcək UEFA Çempionlar Liqasının final matçını izləmək üçün ölkəmizə azarkeş axını davam etməkdədir.

Muxalifet.az xəbər verir ki, Azərbaycan Sərhəd Qoşunlarının əməkdaşları ölkəmizə gələn turistləri xüsusi hədiyyələrlə qarşılayır. Belə ki, qadın azarkeşlərə gül dəstələri, kişilərə isə üzərində “Tofiq Bəhramov - 1966” sözləri yazılmış brelok hədiyyə olunur.
Xatırladaq ki, 1966-cı ildə İngiltərədə keçirilən FİFA Dünya Kubokunun finalında Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır.
Qeyd edək ki, hazırda bu aksiyanın keçirilməsində məqsəd Azərbaycan xalqının qonaqpərvərliyini nümayiş etdiurməklə yanaşı, turistlərdə ölkəmizlə bağlı xoş əhval-ruhiyyə yaratmaqdır. Hansı ki, Avropada bəzi qüvvələr günlər öncədən Azərbaycanla bağlı yanlış təsəvvür formalaşdırmağa çalışırdılar. Ölkəmizə gələn turistlər isə bu gün bir daha canlı şahidi olurlar ki, əslində Azərbaycan haqda Avropada, xüsusən də İngiltərədə yanlış rəy formalaşdırılması qərəzli olub.
Onu da xatırladaq ki, sabah İngiltərənin “Arsenal” və “Çelsi” klubları Bakıda üz-üzə gələcəklər.
 


Muxalifet.az