Azərbaycan millisinin Ermənistanla qarşılaşacağı TARİX AÇIQLANDI
21-02-2018 18:15
Baxış sayı:
7678

Basketbol üzrə Azərbaycan millisinin (U-16) Avropa birinciliyindəki oyunlarının vaxtı dəqiqləşib.
Muxalifət.az xəbər verir ki, baş məşqçiliyini Elşən Yusubovun etdiyi komanda ilk görüşünü ev sahibi San-Marinoya qarşı keçirəcək.
Bu matç iyulun 3-də olacaq. A qrupunda yer alan basketbolçularımız ertəsi gün Ermənistan millisi ilə üz-üzə gələcək. İyulun 5-də Albaniya ilə oynayacaq yığmamız iki gün sonra Avstriyanı sınağa çəkəcək. Təmsilçimiz son görüşündə Moldova ilə qüvvəsini sınayacaq. Bu oyun iyulun 8-nə təsadüf edəcək.
Qeyd edək ki, B qrupunda Cəbəllütariq, Malta, Şotlandiya, Uels və Andorra yığmaları güclərini yoxlayacaq. Qruplarda ilk 2 yeri tutacaq komandalar mərhələ adlayacaq.